top of page
Search

Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiya


25.08.2022 tarixli Memorandum Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi və Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov tərəfindən imzalandı.

Görüş zamanı, ilk olaraq hər iki Assosasiyanın fəaliyyəti haqqında qarşı tərəflərə məlumat verildi. Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov Assosasiyanın 30 iyun 2021 ci ildən rəsmi fəaliyyət göstərdiyini qeyd etdi. Assosasiya üzvlərinin Azərbaycanda yerli və beynəlxalq müstəvidə logistika sahəsində öz sözünü demiş şirkətlər olduğu vurğuladı.

Assosiasiya sədrləri, üzvlərini narahat edən bir sıra məsələlər və onların həlli istiqamətləri haqqında müzakirələrin aparılması, idxal zamanı şirkətlərin rastlaşdığı sərhəd keçid, gömrük rəsmiləşmə, sertifikatlaşma və sair proseslərin asanlaşdırılması, bu məqsədlə müvafiq dövlət orqanlarına birgə hazırlanan müraciət və təkliflərin təqdim edilməsi üçün razılığa gəldilər.

Eləcə də, Assosasiya üzvləri arasında tərəfdaşlığın inkişafı üçün məlumat və təcrübə mübadiləsi haqqında razılığa gəldilər. Bu məqsədlə, təchizat zəncirlərinin optimallaşdırılması, malların saxlanma və paylanmanın effektiv həllini təmin edən logistika və pərakəndə satış sahəsində müasir rəqəmsal sistemlərin tətbiqi, beynəlxalq ekspertləri cəlb edərək hər iki sahənin inkişafına doğru yönəlmiş addımlar atmağa anlaşdılar.
bottom of page