top of page
Search

Meqala Geyim idxalcilari




17 oktyabr 2022-ci il tarixində Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləöri Assosasiası ilə Geyim İdxalçıları Assoasiyası arasında Assasoasiya üzvlərinin iştirakı ilə genişmiqyaslı görüş keçirildi. Görüşdə idxalçıları narahat edən məsələlər müzakirə olundu və onların həlli yolları araşdırıldı. İdxalçıları narahat edən məsələlər arasında idxal rüsumlarının geri qaytarılmaması,sərhəddə olan fiziki yoxlamalar,növbələrlə bağlı yaranan gecikmələr,online ticarət zəmanəsində rastlaşdıqları problemlərin olduğu aydınlaşdırıldı. Saxta mallar və boz idxalla bağlı mübarizə mexanizmləri araşdırıldı. Azərbaycanın regionda ticarət hub-ina çevrilməsi üçün böyük potensiala malik olması , həm tranzit ticarətində, həm idxal prosesində gömrük nəzarəti altında müvəqqəti saxlanc anbarlarının yaradılmasına olan ehtiyac xüsusi vurgulandı. Eləcə də, xarici ölkələrin təcrübəsindən yararlanaraq idxal zamanı ƏDV-nin differensiallaşdırılması haqqında müzakirələr aparıldı. Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası üzvləri isə öz tərəflərindən qeyd olunan məsələlərlə bağlı müvafiq mexanizmlərin araşdırılması ilə bağlı işlərin görülücəyi haqqında məlumat verdilər. Görüşün sonunda hər iki Assosiasiya üzvləri birgə fəaliyyətin genişləndirilməsi, eləcə də, aidiyyatı dövlət qurumlarına mövcud problemlərin aradan qaldırılması üçün birgə təkliflərin hazırlanması haqqında razılığa gəldilər.

Comments


bottom of page