Məzmuna keç
FFAA — Ana səhifə
Bütün xəbərlər

Assosiasiya xəbərləri

Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin üzvləri ilə Alport Baku

Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin üzvləri ilə Alport Baku

12 mart 2024 ci il tarixində Assosiasiya üzvləri ilə Alport Baku -Albayrak Group və Eruasia şirkətləri arasında əməkdaşlıq görüşü keçirildi. Görüşdə ilk öncə belə bir görüşün təşkil etdiyi üçün Assosiasiya sədri Kamran Həbibova təşəkkür edildi, daha sonra Albayrak Group haqqında məlumat verildi. Kommersiya meneceri Hakkı Özər öz çıxışında Alport Baku, gələcək planları haqqında danışdı. Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri ilə əməkdaşlığa başlamaq istədiklərini, daşımaları Trabzon şəhəri üzərindən (port üzəri) etmək istədiklərini vurğuladı. Trabzon portunda anbarların, sərbəst bölgələrin (freezone) olduğunu, daşınmaların Avropa istiqamətində həyata keçiriləcəyini qeyd etdi. Eurasia Transport and Terminals Company nümayəndəsi Mehdi Qəhrəmanov da çıxışında şirkətin yaranmasından fəaliyyətindən, əməkdaşlıq etdiyi hava xəttlərindən məlumat verdi,Baku-Daşkənd, Daşkənd-Mədinə istiqamətində uçuşların olduğunu bildirdi. Sonda isə həm Kamran Həbibov, həm də çıxış edən şirkət nümayəndələri tərəfindən görüşdə iştirak edən üzvlərə təşəkkür edildi.