24 Aprel 2024- ci il tarixində Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyası, Qazaxıstan Respublikasının Böyük və Ağır Yük Daşıyıcılarının Milli Assosiasiyası və Azərbaycan Gömrük təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası arasında əməkdaşlıq görüşü keçirildi. Görüşdə Assosiasiyaların fəaliyyəti haqqında məlumat verildi, hər iki ölkədə logistika sahəsində əldə edilən uğurlardan, rast gəlinən çətinliklərdən danışıldı, ölkələr və assosiasiyalar arasında əməkdaşlığın daha şox inkişaf etməsinin vacibliyi vurğulandı, assosiasiyalar arasında Əməkdaşlıq Memorandumları imzalandı.
Sonda isə qonaqlar gözəl qarşılanma üçün FFAA -nın sədri Kamran Həbibova və Azərbaycan xalqına təşəkkür etdilər, əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün assosiasiya üzvlərini Kazaxıstana qonaq dəvət etdilər.

Comments