AMFA-nın təşkilatçılığı ilə “Gələcək üçün Assosiasiyalar” fəaliyyəti olaraq ikinci layihə ili çərçivəsində benefisiar assosiasiyalar arasında silsilə görüşlər keçirilir. Bu görüşlərin məqsədi AMFA-nın benefisiar assosiasiyaları daha yaxından tanımaq, onlar barədə məlumatları, fəaliyyət istiqamətlərini, uğur hekəyələrini həmkar benefisiar assosiasiyalar ilə paylaşmaqdır.
Belə görüşlərdən birinə Azərbaycan Nəqliyyat Ekspeditor şirkətlərinin Assosiasiyası 08.05.2024 tarixində KOB evində sahiblik etdi. Görüşdə ANEŞA-nın idarə heyəti üzvləri, benefisiar Assosiasiyalardan AFA akademiyası, Azərbaycan Mikro-Maliyyə Assosiasiyası,Azərbaycan Keyfiyyət Assosiasiyası və digər Assosiasiyalar iştirak edirdilər.
Görüşdə Sədr Kamran Həbibov ANEŞA-nın yaranmasından, fəaliyyətindən bəhs etdi. Bundan əlavə görüşdə idarə heyəti tərəfindən digər assosiasiyaları ANEŞA-nın fəaliyyəti ilə bağlı maraqlandıran suallar cavablandırıldı.
Komentarai